Ekonomiks 16:26 26.04.2013

"Samsung"dan rekord gəlir

"Apple"ın əzəli rəqibi Cənubi Koreyanın "Samsung" şirkəti Galaxy modellərinin satışından rekord məbləğdə gəlir əldə etdiyini açıqlayıb. 

Qaynar.info-nun məlumatına görə, "Samsung"un yanvar-mart aylarındakı satış gəliri 6.4 milyard dollar təşkil edib. 

"Samsung"un aralarında tezliklə satışa çıxarılmağa hazırlanan Galaxy S4-ün də yer aldığı ağıllı telefonlarının tələbləri və inkişaf edən bazarları hədəfləyən daha ucuz telefonları 358 milyard dollarlıq telefon bazarına güclü təsir edib. 

Qaynar.info