Ölkə 12:42 09.12.2013

Sabah hava necə olacaq?

Bakı və Abşeron yarımadasında dekabrın 9-dan 10-na keçən gecə və səhər hava şəraitinin çiskinli olacağı, gün ərzində dəyişkən buludlu keçəcəyi, əsasən yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, cənub-qərb küləyi gün ərzində arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4, gündüz 6-9 dərəcə isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında dekabrın 10-da əsasən yağmursuz hava gözlənilir. Lakin gecə və səhər bəzi yerdə duman olacaq, cənub-şərq rayonlarında isə az yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Gündüz əsasən dağlıq ərazilərdə arabir güclənək. 

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, bəzi yerlərdə 10-15 dərəcə, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir. 

Qaynar.info