Ölkə 12:01 06.11.2013

Bir neçə rayonda qaz olmayacaq


Azərbaycanda bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
 
“Azəriqaz”da “APA-Economics”ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar 6 noyabr 2013-cü il tarixdə saat 09:00-dan Hacıqabul rayonunun bir hissəsinə, saat 09:00-dan 20:00-dək İmişli rayonuna və Saatlı rayonunun bir hissəsinə, saat 13:00-dan Sumqayıt şəhərinin bütün yaşayış məntəqələrinə, Siyəzən və Xızı rayonlarının bir hissəsinə, saat 14:00-dan 17:00-dək isə Binəqədi rayonunun Sulutəpə və Çiçək qəsəbələrinə təbii qaz verilişində fasilələr yaranacaq.


Qaynar.info