Ölkə 17:25 15.08.2013

Bakı Metropolitenindən YENİLİK

Bakı Metropoliteni Azərbaycanda yeni dərs ilinin başlanacağı gündən (16 sentyabr) etibarən qatarların hərəkəti arasında intervalın iki dəqiqəyədək azalmasını nəzərdə tutan payız-qış rejiminə keçəcək.

Bu barədə Trend-ə Bakı Metropolitenindəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, hazırda Bakı Metropolitenində qatarların hərəkəti yay rejiminə müvafiq olaraq həyata keçirilir. 

Qatarların hərəkəti arasında interval 3 dəqiqə təşkil edir: "Lakin sentyabrın 16-da yeni rejimə keçidlə əlaqədar olaraq hərəkət intervalı 2 dəqiqəyədək azalacaq".

Qaynar.info