Ölkə 13:12 20.07.2013

20 yaşlı qız intihar etdi

Azərbaycanda 20 yaşlı qız intihar edib.

Tovuz Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü Hicran Rüstəmova yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Qaynar.info