Ölkə 12:47 22.07.2013

Meteohəssas insanlara XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamenti iyulun 23-də gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev  APA-ya açıqlamasında deyib ki, iyulun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb  küləyi əsəcək, arabir güclənəcək. Temperatur Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 32-37, dağlarda gecə 12-17 dərəcə, gündüz 22-27 dərəcə isti olacaq.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında temperaturun nisbətən yüksəlməsi və arabir güclənən xəzri küləyinin üstünlüyü meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Qaynar.info