Ölkə 14:06 23.07.2013

Müdafiə Nazirliyində yeni təyinat

Müdafiə Nazirliyi sistemində yeni təyinat olub.

APA-nın məlumatına görə, müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin imzaladığı müvafiq əmrlə Beyləqan korpusunun qərargah rəisi, polkovnik Şəmsəddin Abuşov Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə rəis təyin edilib.

Xatırladaq ki, 2009-cu ilə kimi Təlim Tədris Mərkəzinin rəisi vəzifəsində general-mayor Lənkəran Əliyev çalışıb. 2009-cu ildə L. Əliyev bu vəzifədən uzaqlaşdırıldıqdan sonra indiyə kimi bu vəzifəni Təlim Tədris Mərkəzinin rəis müavini olmuş polkovnik Fikrət İbrahimzadə icra edib.

Qaynar.info