Ölkə 15:27 23.07.2013

Qarabağda erməni əsgər öldü

Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətə çağırılmış erməni əsgər dünyasını dəyişib.

Trend-in verdiyi məlumata görə, hadisə iyulun 22-də yerli vaxtla saat 12:30-da baş verib.

Hadisə nəticəsində 19 yaşlı əsgər Narek Ovsepyan ölümcül yaralanıb. Təfərrüatları öyrənmək üçün istintaq aparılır.

Qaynar.info