Ölkə 12:47 18.07.2013

Sabah hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan  verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək, temperatur gecə 20-24 dərəcə, gündüz 28-33 dərəcə isti olacaq. Abşeron çimərliklərində temperatur 25-28 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarına gəlincə, iyulun 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 31-36, dağlarda gecə 12-17 dərəcə, gündüz 22-27 dərəcə isti olacaq.

Yaxın 2 gündə Abşeron yarımadasında güclü xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Qaynar.info