Ölkə 19:22 16.07.2013

Yol Polisindən xəbərdarlıq

Respublika Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, son günlər havaların isti keçməsi ilə əlaqədar sürücülərə və xüsusilə nəqliyyat vasitələri ilə uzaq məsafələrə səfərə çıxan şəxslərə günün qızmar vaxtlarında  soyuducu sistemi olmayan avtomobillərdən istifadə etməmək xahiş olunur.

K. Əliyev həmçinin qeyd edib ki, günün qızmar çağlarında sürücülərin şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməsi məsləhət görülür. //apa

Qaynar.info