Ölkə 10:01 17.06.2013

İmtahanın nəticələri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-da Rusiya Federasiyası ali təhsil müəssisələrində təhsil almaq istəyən Azərbaycan gəncləri üçün qəbul imtahanı keçirib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qeydiyyatdan keçmiş 24 abituriyentin hamısı imtahanda iştirak edib. Nəticələr iyunun 16-da saat 16:30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib.

Test imtahanı nəticəsində I ixtisas qrupunda 200 və daha yüksək bal toplayan abituriyentlər, II, III və IV ixtisas qruplarında isə 250 və daha yüksək bal toplayan abituriyentlər II mərhələyə - müsahibəyə buraxılırlar.

Müsahibə bu gün saat 11:00-da TQDK-da keçiriləcək.

Qaynar.info