Ölkə 10:44 02.05.2013

3 rayonda su olmayacaq

 “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 4 saylı nasos stansiyasında aparılan təmir işləri ilə əlaqədar 02-03 may 2013-cü il tarixlərində Bakı şəhəri Binəqədi, Nərimanov və Sabunçu rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər tətbiq ediləcək.

Qurum yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

Qaynar.info