Ölkə 10:12 06.01.2013

Bu gün hava necə olacaq?

Bu gün Azərbaycan ərazisində hava şəraitinin nisbətən sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Qaynar.info portalına bildiriblər ki, Bakıda və Abşeron yarımadasında yanvarın 06-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-4, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında yanvarın 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 6-11 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.