Dünya 16:40 16.08.2013

Məşhur milyarder öldü

Dünyaca məşhur "Zara" paltar brendinin yaradıcısı ölüb. 

İspaniyanın ən varlı qadını Rozaliya Mera 69 yaşında insultdan dünyasını dəyişib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, dünyaca məşhur "Zara" brendinin yaradıcılarından idi. 

Rozaliya qızı Sandra ilə birgə İspaniyanın Menorka adasında istirahət edərkən vəfat edib. Avqustun 14-də o, insult keçirib. Bir gün sonra isə dünyasını dəyişib. 

Rozaliya 1944-cü ildə dünyaya gəlib. O, öz biznesini həyat yoldaşı Amansio Orteqo ilə başlayıb. Onlar ilk vaxtlar evlərində paltar tikməklə başlayıblar. Sonradan onların məhsulları "Zara" adı ilə məşhurlaşıb. 

Meranın varidatının 6,7 milyard dollar civarında olduğu deyilir.

Qaynar.info