Dünya 15:25 27.06.2013

Ağır yol qəzası: 4 ölü

Gürcüstanın Kutaisi şəhərində dəhşətli yol-qəza hadisəsi baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan Daxili İşlər Nazirliyi bununla bağlı yaydığı xəbərdə bildirilir ki, səhər saatlarında “Volkswagen” markalı avtomobil ilə yük maşını toqquşub və nəticədə biri uşaq olmaqla 4 sərnişin həlak olub, 2 nəfər yaralanıb. Yaralılar təcili yardım maşını ilə Klinik Xəstəxanaya çatdırılıb. Yaralılara ilkin tibbi xidmət göstərilib, vəziyyətləri stabildir.

Hadisə yerində polis, təcili yardım briqadası, kriminalistlər işləyir.

İlkin məlumata görə, qəzaya yüksək sürət səbəb olub.

Faktla bağlı cinayət işi qaldırılıb. Araşdırma aparılır.

Qaynar.info