Dünya 12:44 25.06.2013

Prezidentin saytını dağıtdılar

Hakerlər Cənubi Koreyanın bir neçə dövlət saytını dağıdıblar. 

Qaynar.info-nun məlumatına görə, dağıdılan saytlar arasında prezident Pak Kın Xenin də rəsmi səhifəsi var. 

Hazırda mütəxəssislər kiber hücumun kimlər tərəfindən və nə məqsədlə edildiyini öyrəməyə çalışırlar. 

Qeyd edək ki, bu hücum Koreya müharibəsinin başlanmasının 63-cü ildönümü ilə üst-üstə düşüb. Dağıdılan saytların üzərinə "Böyük lider Kim Çen Un" yazılıb. 

Ekspertlər bu hüvumların məhz Şimali Koreya hakerləri tərəfindən edildiyini ehtimal edirlər. 

Qaynar.info