İranın İsfahan əyalətinin Qulpayqan şəhəri yaxınlığında zəlzələ qeydə alınıb. Bu barədə Trend İranın İLNA xəbər agentliyinə istinadən məlumat verir.
Tehran Universitetinin Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələnin gücü 4,9 bal təşkil edib.
İlkin məlumatlara əsasən, zəlzələ bu gün yerli vaxtla səhər saat 07:39-da qeydə alınıb.
Məlumata görə, 20 kənddə bəzi evlərə ziyan dəyib, ölən yoxdur, üç nəfər isə yaralanıb.
İranın MEHR agentliyi məlumat verir ki, bu gün, həmçinin İranıın Qərbi Azərbaycan vilayətinin Sərdəşt şəhərində 3,4 bal gücündə zəlzələ baş verib.
Qeyd edək ki, son üç həftə ərzində İran ərazisində üç güclü zəlzələ baş verib. Zəlzələlər nəticəsində 33 nəfər ölüb, 877 nəfər yaralanıb.
Qaynar.info
Şərhlər