Dünya 10:34 24.04.2013

PKK Türkiyəni tərk edir

Barış və Demokratiya Partiyasının İstanbuldan olan deputatı Sırrı Sürəyya Öndər PKK terrorçularının sabahdan - aprelin 25-dən etibarən Türkiyədən çəkilməyə başlayacağını söyləyib.

Qaynar.info-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Sırrı Sürəyya Öndər dünən Türkiyə Böyük Millət Məclisindəki ziyafətdə jurnalistlərə verdiyi açıqlamada bildirib ki, aprelin 25-də Kandildə beynəlxalq media üçün mətbuat konfransı keçiriləcək və PKK-nın Türkiyə ərazilərini tərk etməsi prosesi başlayacaq.

Öndər prosesin Kandildəki PKK-çıların açıqlama verməsindən sonra başlayacağını bildirib.

Əsas məsələnin iradə və istək olduğunu qeyd edən deputat iki tərəfdə də bu istək və iradə görüldükdən sonra birbaşa ikinci mərhələyə keçilə biləcəyini qeyd edib. Öndər hökumətdə bu iradəni gördüyünü söyləyib: "Əlimizdə səmimiyyət ölçən bir cihaz yoxdur, amma iradə var, bunu görürük".

Qaynar.info