Ekonomiks 23:45 10.10.2017

Neft yeniden bahalaşdı: Son qiymət

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 9-da 56,99 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,02 dollar/barel çoxdur.

"Qaynarinfo" xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 9-da 56,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,01 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 9-da 54,21 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,22 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 9-da 55,37 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,18 dollar/barel çoxdur.

Qaynarinfo.Az