Ölkə 17:17 28.10.2017

Prezident iki millət vəkili ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Hadı Rəcəblinin 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Qaynarinfo" xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Hadi Musa oğlu Rəcəbli 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
 
Prezident başqa bir sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə deputat Musa Cəfər oğlu Qasımlını "Şöhrət” ordeni ilə təltif edib.

Qaynarinfo.Az