Bakının Xətai rayonu Gəncə prospekti 23A ünvanında yerləşən parkda yaşıllıq ərazi məhv edilir.

Sakinlərdən biri sözügedən ərazidə tikinti aparıldığı ilə bağlı "Qaynarinfo"ya video göndərib. Videodan da göründüyü kimi parkdakı yaşıllıq ərazidə ağaclar məhv edilir, qazıntı işləri aparılır. Parkın ərazisində kimin və hansı məqsədlə qazıntı işləri aparması barədə məlumat yoxdu.

Hadisənin səbəblərini öyrənmək üçün Xətai rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Rayonun İcra Hakimiyyətində münasibət öyrənmək üçün bir nəfəri tapa bilməyəndə nəticəsi belə olacaq. Kim haranı istəyir qazacaq, nə istəyir tikəcək...
 
Çingiz Səfərli
Qaynarinfo.Az