Ekonomiks 23:26 10.11.2017

Neft yeniden bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 9-da 65,97 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,16 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 9-da 65,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,16 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 9-da 62,33 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,34 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 9-da 64,47 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,43 dollar/barel azdır.

Qaynarinfo.Az