İdman 11:05 12.11.2017

“Qarabağ” – “Çelsi” oyununa nə qədər bilet satılıb?

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin "C” qrupunda yer alan Azərbaycan çempionu "Qarabağ” ilə İngiltərənin "Çelsi” klubu arasında Bakıda keçiriləcək oyuna bilet satışı davam edir.

"Qaynarinfo"nun məlumatına görə, bu barədə Ağdam klubunun "Facebook” səhifəsində bildirilib.

Məlumata görə, qarşılaşmaya 50 mindən çox bilet satılıb.

"Qarabağ”–"Çelsi” oyunu noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
 
Qaynarinfo.Az