Ekonomiks 23:45 15.11.2017

Azərbaycan nefti yenidən ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 14-də 62,87 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,79 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 14-də 62,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,77 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 14-də 59,5 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,69 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 14-də 60,98 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,07 dollar/barel azdır.

Qaynarinfo.Az