Ölkə 15:18 11.12.2017

Ramil Usubovdan yeni təyinat

Daxili işlər orqanlarında yeni təyinat olub.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Vidadi Qurbanov vəzifəsindən azad olunub.

Onun yerinə polis polkovniki Sahib Babayev təyin edilib.

Bu təyinata qədər S.Babayev Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.