Ölkə 15:00 23.12.2017

İlham Əliyevdən yeni təyinat

Azərbaycanın birinci vitse-prezidentinin Katibliyində yeni təyinat olub.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, prezident İlham Əliyevin sərəncamı ilə Eldar Rzayev Azərbaycan Respublikası Prezidentinin protokol xidməti rəisinin müavini - Birinci vitse-prezidentin protokol sektorunun müdiri təyin edilib.

Bu sərəncama qədər E.Rzayev Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini vəzifəsini tuturdu.