Texnologiya 19:01 09.12.2017

2018-ci ilin ən təhlükəsiz avtomobilləri (FOTOLAR)

"Insurance Institute for Highway Safety” şirkətinin 2018-ci ilin ən təhlükəsiz avtomobillərinin adlarını açıqlayıb.

Qaynarinfo facemark.az-a istinadən xəbər verir ki, şirkətin apardığı testlərdə yüksək nəticələr alan avtomobillər aşağıdakılar olub.

Kiçik avtomobillər - Kia Forte (sadəcə sedan); Kia Soul; Subaru Impreza ve Subaru WRX



Orta ölçüdə olan avtomobillər - Subaru Legacy; Subaru Outback ve Toyota Camry



Böyük lüks avtomobillər - BMW 5 seriyası; Genesis G80; Genesis G90; Lincoln Continental və Mercedes-Benz E-Class (sadəcə sedan)



Orta böyüklükdə olan SUV-lar- Hyundai Santa Fe və Hyundai Santa Fe Sport



Orta böyüklükdə lüks SUV-lar - Mercedes-Benz GLC
 
 
Qeyd edək ki, adıçəkilən şirkət 1959-cu ildə ABŞ-da yaradılıb. Şirkətin yaradılmasında məqsəd avtomobil həvəskarlarına daha təhlükəsiz məhsul seçimində köməklik etməkdir. Şirkət avtomobillərin seçimində ən başlıca onların toqquşması zamanı qorunma özəlliyinə üstünlük verir.