Ekonomiks 23:59 07.02.2018

Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 6-da 69,12 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,35 dollar/barel azdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 6-da 68,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,33 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 6-da 64,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,36 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 6-da 66,74 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,12 dollar/barel azdır.