Ölkə 17:19 09.02.2018

Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev İlqar Abbasovun 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Qaynarinfo xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə İlqar Namaz oğlu Abbasov 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, İ.Abbasov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısıdır.