Texnologiya 23:40 21.02.2018

"Facebook"dan daha bir Yenilik

"Facebook" sosial şəbəkəsi istifadəçilərə öz xəbər lentində 3D postlar dərc etmək imkanı verən "gITF 2.0" formatını dəstəkləməyə başlayıb.

Qaynarinfo Trend-ə istinadən bildirir ki, bu yenilik sayəsində sosial şəbəkədə yerləşdirilən 3D obyektləri hər tərəfdən müşahidə etmək mümkün olacaq.

Qeyd olunur ki, artıq "Facebook"da LEGO-nun məhsulu olan tutuquşu, "Yur dövrü parkı" filmindən dinozavrı və digər obyektləri 3D formatda müşahidə etmək olar.