Karib bölgəsində yerləşən Şeytan Adası 100 il ərzində dünyanın ən dəhşətli həbsxanalarından biri olub.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 100 ildən çox bir müddətdə həbsxana 70 mindən çox cinayətkara ev sahibliyi edib. Burada qatillər, siyasi məhkumlar, təcavüzkarlar saxlanılıb.

Həbsxanadakı cinayətkarların yalnızca 40%-i, yəni 5 min şəxs həyatda qalmağı bacarıb.

Həbsxanada əmrlərə məhəl qoymayan şəxslərə kükürd buxarı ilə işğəncə edilib. En və uzunu sadəcə 2 metr olan hüceyrələrdə məhbuslar ayaqlarında zəncirlərlə gəzmək məcburiyyətində qalıb və əzablı aclıqla üz-üzə qoyulublar.

Daha sonra tərk edilən ada 1980-ci illərdə bərpa edilərək turistlərin ixtiyarına verilib.

Gülşən