Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb. Qaynarinfo xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə 4 cütlük müəyyənləşib.
Püşk İngiltərənin iki təmsilçisini - "Liverpul"la "Mançester Siti"ni üz-üzə qoyub. Bu mərhələdə iki İspaniya - İtaliya qarşılaşması baş tutacaq. Belə ki, "Barselona" "Roma"nı, "Real" "Yuventus"u sınağa çəkəcək. "Sevilya" isə "Bavariya"ya rəqib olub.
Qeyd edək ki, 1/4 finalın ilk oyunları 3-4 aprel, cavab matçları ilə 10-11 aprel tarixlərində keçiriləcək.
Çempionlar Liqası
1/4 final
Barselona (İspaniya) - Roma (İtaliya)
Sevilya (İspaniya) - Bavariya (Almaniya)
Yuventus (İtaliya) - Real (İspaniya)
Liverpul (İngiltərə) - Mançester Siti (İngiltərə)
Şərhlər