Ölkə 22:23 22.03.2018

Bu küçədə hərəkət məhdudlaşdırılır

 Bakının Təbriz küçəsinin bir hissəsində hərəkət qismən məhdudlaşdırılır.

Bu barədə "Report"- a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

A.Nəcəflinin sözlərinə görə, asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar olaraq Təbriz küçəsinin Ağa Nemətulla küçəsi ilə kəsişməsindən Əhməd Rəcəbli küçəsi ilə kəsişməsinədək olan hissəsində bu gücədən etibarən (22-dən 23 mart tarixinə geçən gecə) avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Qismən məhdudlaşma qısa müddətlik tərbiq ediləcək.