Ekonomiks 16:02 04.04.2018

Bakı metrosunda yenilik

Bakı Metropolitenin aldığı yeni qatarlarda artıq telefon və planşetləri enerjiyə qoşmaq mümkün olacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev qeyd edib.

"Yeni alınan qatarın vaqonunun hər birində telefon və planşetləri enerjiyə qoşmaq üçün 16 ədəd USB portu var”, – deyə o bildirib.

Qeyd edək ki, Rusiyanın "Metrovaqonmaş" Açıq Səhmdar Cəmiyyəti ötən ay Azərbaycana müqavilə çərçivəsində "Moskva" seriyasından ilk metro qatarını yola salıb.