Sənət 13:38 09.04.2018

Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti Fəxrəddin Manafovun Almaniyaya getməsi ilə bağlı xəbərlər yayılıb.
 
Qaynarinfo kulis.az-a istinadən xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün aktyorla əlaqə saxlanılıb.

F.Manafov hazırda Almaniyada xəstəxanada olduğunu təsdiqləyib: "Hazırda Almaniyada klinikadayam. Danışmaq imkanım yoxdur”.

Aktyor bildirib ki, bu barədə geniş danışmaq istəmir, daha sonra lazım gələrsə mətbuatda açıqlama verəcək.