Ekonomiks 18:30 09.04.2018

Azərbaycanda bu siqaretlər ucuzlaşdı

Azərbaycanda bəzi məşhur siqaret markaları yenidən bazara qayıdıb.

Qaynarinfo media24.az-a istinadən xəbər verir ki, vaxti ilə yerli bazarda çox məşhur olan "Наша Прима"və "Freedom" markalı yerli siqretlər yenidən piştaxtalarda peyda olub.

Qeyd edək ki, "Наша Прима" və "Freedom" markalı siqaretin qiyməti 0.80 qəpik təşkil edir.

Bununla yanaşı bəzi siqaretlərin qiymətlərində də azalma müşahidə olunur. "Azəri" markalı siqaretın qiyməti 0.70 qəpikdən 0.50 qəpikə, "Bakı" markalı siqaretın qiyməti isə 0.90 qəpikdən 0.70 qəpikə enib.