Daxili Qoşunlarının Qərargah rəisinə yeni müavin təyin edilib.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. 

Sərəncama əsasən, İnqilab Heydər oğlu Muradov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Qərargah rəisinin 1-ci müavini təyin edilib.