Dünya 17:16 19.04.2018

Trampın modelə xərclədiyi 150 min dolları batdı

Köhnə "Playboy" modeli Karen Makdoqal ABŞ prezidenti Donald Trampla 2006-cı ildə davam edən 10 aylıq münasibəti barədə mediaya danışa biləcək.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Makdoqal 2016-cı ildə bu barədə danışmamaq barədə sənəd imzalamış və 150 min dollar ödəniş almışdı. Məhkəmə prosesindən sonra sabiq modelin imzaladığı razılaşma ləğv edilib. 

Karen Makdoqal daha əvvəl Trampla münasibəti barədə fikirlər səsləndirmiş, prezidentin ona seks qarşılığında pul təklif etdiyini demişdi. 

Qeyd edək ki, Makdoqal Trampa cinsi zorakılıq ittihamı irəli sürən 3 qadından biridir. Porno ulduz Stormi Daniels də Trampla 2006-cı ildə münasibəti olduğunu iddia edir.

Gülşən