Siyasət 21:17 23.04.2018

Ermənistan hökuməti istefaya getdi

Ermənistan prezidenti Armen Sarkisyan bu gün hökumətin istefasını qəbul edib.

Qaynarinfo Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Konstitusiyanın 13-cü maddəsinə əsaslanaraq Ermənistan Respublikasının hökumətinin istefası qəbul edilsin", - prezidentin saytında yerləşdirilən sərəncamda deyilir.