İdman 21:19 19.05.2018

Azərbaycan millisi Ukraynaya qalib gəldi

Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandası Qızıl Avropa Liqasının birinci turunda Ukraynanı məğlub edib.

Qaynarinfo xəbər verir ki, Faiq Qarayevin yetirmələri birinci setdə məğlub olsalar da, ardınca üç set qalib gələrək matçı üstün başa vurublar.

Qızıl Avropa Liqası
I tur

Azərbaycan - Ukrayna 3:1 (16:25, 25:19, 25:23, 28:26)