Dünya 19:33 20.05.2018

Türkiyə iki şəhid verdi

Türkiyədə terrorçuların yola qoyduğu əldəqayırma partlayıcı qurğu partlayıb.

Qaynarinfo xəbər verir ki, Ağrı vilayətində, Doğubəyazitdə baş verən hadisə zamanı qardaş ölkə iki şəhid verib.

Partlayış zamanı 1 əsgər həlak olub, daha 1 əsgər isə yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.