Video 19:55 21.05.2018

Türkiyəli müğənni efirdə “Sarı gəlin”i erməni dilində oxudu (VİDEO)

Türkiyənin tanınmış müğənnisi Aydilge "Sarı gəlin” mahnısını erməni dilində ifa edib.

Oxu.Az xəbər verir ki, "Kral” TV-də Ahmet Koç və Serkan Çağrının təqdimatında yayımlanan  "Rota” proqramına qonaq olan müğənni canlı ifalar səsləndirib.

Onun veriliş zamanı "Sarı gəlin” mahnısını erməni dilində ifa etməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.