Video 19:00 13.06.2018

Bakıda yaşayış binası yanır (VIDEO)

Bakı şəhərinin Nərimanov rayonu ərazisində bina yanır.

Hadisə şahidlərinin  verdiyi məlumata görə, Azadlıq prospekti ilə Məmməd Araz (keçmiş Teymur Əliyev) küçələrinin kəsişməsində 5 mərtəbəli binanın 3-cü mərtəbəsindən yanğın başlayıb.

Hadisə yerinə 5 yanğınsöndürmə briqadası cəlb edilib. (lent.az)