Ölkə 20:35 15.06.2018

Hindistanda 5 azərbaycanlı həbs edildi

Dehlinin İndira Qandi beynəlxalq hava limanında 5 Azərbaycan vətəndaşı həbs edilib.

Qaynarinfo "Haqqin.az”a istinadən xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.

Yaxalananların hər biri qızıl qaçaqmalçılığında ittiham edilib. Onlardan 3-nün qadın olduğu bildirilir. Saxlanılan şəxslərdən ümumilikdə 2,5 kiloqram qızıl müsadirə edilib.