Dünya 20:27 19.06.2018

Erməni hərbçilər qəzaya düşdü: Yaralılar var

Ermənistanın Ararat vilayətinin Lancanist (Qədirli) kəndi ərazisində bu ölkənin Müdafiə Nazirliyinə (MN) məxsus "Ural" markalı avtomobil aşıb. 

Qaynarinfo Ordu.az-a istinadən xəbər verir ki, qəza nəticəsində 5 erməni hərbi qulluqçu yaralanıb. 

Ermənistan MN-nin mətbuat katibi Artsrun Hovhannisyan faktı təsdiqləyib. Məlumata görə, yaralılar mərkəzi klinik hərbi hospitala yerləşdirilib.