Texnologiya 10:27 27.06.2018

"Instagram"da daha bir yenilik

"Instagram" sosial şəbəkəsi görüntülü danışıq funksiyasını ictimaiyyətə təqdim edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, istifadəçilər bu funksiya ilə mobil əlaqə yaratmadan iOS və Android platformalarında olan dostları ilə şəxsi və qrup şəklində görüntülü danışa biləcəklər.

Qrup şəklində video danışıqlara şəxsin özü də daxil olmaqla maksimum 5 nəfər qoşula biləcək.

Həmçinin danışıq zamanı müxtəlif effektlərdən də istifadə etmək mümkün olacaq.