Texnologiya 21:27 27.06.2018

“WhatsApp”da yeni funksiya

"WhatsApp” messenceri "Android” sisteminin idarəetməsi altında işləyən qurğu sahiblərinə başqa istifadəçilərə göndərilmiş şəkilləri gizlətməyə imkan verəcək.

Qaynarinfo ICTnews-a istinadən xəbər verir ki, messencerin istifadəçiləri göndərilmiş şəkil, video və audiofaylların telefonda avtomatik saxlanılmasını deaktiv edə biləcəklər.

Yeni funksiya, həmçinin qrup çatları üçün əlçatan olacaq ki, bu da smartfonda yaddaşın tutumunu saxlamağa imkan verəcək və məxfilik səviyyəsini yüksəldəcək.

Yenilik messencerin "Android” üçün "v2.18.195” beta-versiyasında əlçatandır.