Ölkə 18:34 05.07.2018

Prezident bu şəxsləri təltif etdi - SİYAHI

Azərbaycan prezidenti İlham Əliyev Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tamara İlyiniçna Sinyavskayanın "Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə mədəniyyətin inkişafında xidmətlərinə görə Tərlan Böyükbala oğlu Qorçuya "Əməkdar incəsənət xadimi” fəxri adı verilib.

Rüstəm Gülabba oğlu Xəlilov isə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət” ordeni ilə təltif edilib.