Dünya 18:51 22.07.2018

İranda ardıcıl zəlzələlər: 128 nəfər xəsarət alıb (YENİLƏNİB)

İranda zələlə nəticəsində yaralananların sayı artıb.

Qaynarinfo xəbər verir ki, Kirmanşah əyalətinin qubernatoru Xuşanq Bazanda 128 nəfərin xəsarət alıdğını açıqlayıb.

***16.52 
 
İranda bu gün üçüncü zəlzələ qeydə alınıb.

Qaynarinfo xəbər ki, bu dəfəki yeraltı təkan 5,9 bal gücündə olub. Zəlzələ Kermanşah şəhərindən 76 km qərbdə, İraqın paytaxtı Bağdaddan isə 211 km şimal-qərbdə, 10 km dərilikdə qeydə alınıb.

Təbii fəlakət nəticəsində Kermanşah əyalətinin Təzəhabad yaşayış məntəqəsində 20 nəfər xəsarət alıb. Əraziyə xilasedicilər cəlb edilib.

Qeyd edək ki, bu gün İranın cənubunda da 5.7 və 5,4 bal gücündə zəlzələlər baş verib.

***10.55

İranın Hörmüzqan əyalətində 5,7 bal gücündə zəlzələ baş verib.

Qaynarinfo xəbər verir ki, yerin 8 km dərinliyində qeydə alınan təkan nəticəsində ölü və yaralıların olub-olmaması barədə məlumat yoxdur, lakin xilasedici qruplar əraziyə cəlb edilib.

Gülşən