İdman 12:26 27.07.2018

Azərbaycan Premyer Liqasının püşkü atıldı

Bu gün Topaz Premyer Liqasında 2018/19 mövsümünün püşkü atılıb. 

Qaynarinfo xəbər verir ki, tədbir AFFA-nın inzibatı binasında baş tutub.

XXVII Azərbaycan çempionatında mübarizə aparacaq 8 komanda - "Qarabağ”, "Qəbələ”, "Neftçi”, "Zirə”, "Sumqayıt”, "Keşlə”, "Səbail” və "Sabah” ilk turdakı rəqiblərini tanıyıb. I tur avqustun 11-12-də keçiriləcək.

Qeyd edək ki, 2018/19 mövsümündə 8 komanda dairəvi sistemlə 4 dövrədə qüvvəsini sınayacaq.

Premyer Liqa
2018/19 mövsümü
I tur

11-12 avqust
Keşlə - Sabah
Qarabağ - Zirə
Qəbələ - Səbail
Sumqayıt - Neftçi